Ermənistanda pedofillərin sayı artıb
01 Dekabr 2011 Cümə Axşamı 16:56
Bu ölkənin ədliyyə naziri həyəcan təbili çalır.
Ermənistanda pedofiliya hallarının artdığı müşahidə olunur. ANS PRESS-in “Armenia Today”a istinadən verdiyi məlumata görə, bu barədə bu gün ölkənin ədliyyə naziri Qrayr Tovmasyan məlumat verib. Onun sözlərinə görə, ölkədə belə halların artmasına səbəb bunun ictimai rezonansa çevrilməsidir.

“Artıq belə halları gizlətmirlər. Bu cür məlumatlar haqda ictimaiyyət çox şey bilir. İstisna deyil ki, belə hallar ola bilsin ki, artmayıb. Sadəcə ictimaiyyətin bu barədə informasiya səviyyəsi artıb”, - deyə o vurğulayıb.

Amma bununla belə erməni nazir bu cür halları təhlükəli sayır: “Qanunlara dəyişiklik etməklə, problemi həll etmək mümkün deyil. Ölkəmizdə dəyərlər sisteminin dəyişməsi prosesi gedir və bununla bağlı mütləq araşdırmalar aparmaq lazımdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar