Ermənistanda partiya rəhbəri döyülüb
05 May 2009 Çərşənbə Axşamı 13:40
“Erməni- Ari Ordeni” millətçi partiyasının sədri Armen Avetisyan huşsuz vəziyyətdə “Erebuni” tibb mərkəzinə gətirilib

“Erməni- Ari Ordeni” millətçi partiyasının sədri Armen Avetisyan bazar ertəsi huşsuz vəziyyətdə “Erebuni” tibb mərkəzinə gətirilib. Bu barədə RİA Novosti məlumat verib. A.Avestiyan baş və döş qəfəsindən ağır xəsarətlər alıb, silahdaşları isə baş vermiş hadisəni  sui-qəsd hesab edirlər.

“Erməni Ari Ordeni”, “Lusank” ictimai-siyasi həftəlik jurnal və erməni milliyətçilərinin möhkəmləndirilməsi üzrə Şura Ermənistanın prezidenti Serj Sarkisyana bəyanatla müraciət ediblər.

Bəyanatda deyilir ki, A. Avetisyan bazar ertəsi yerli vaxtla saat 12.20 – də öz ofisindən çıxıb və təxminən yarım saat sonra bildirib ki, qayıdır. Amma 14.00-dan etibarən ondan xəbər olmayıb. Silahdaşları onu gecə yarı tibbi mərkəzdə tapıblar.

 “Erməni- Ari Ordeni” millətçi partiya hesab olunur. A. Avetisyan 2005–ci ildə millətlərarası ayrıseçkiliyi qıızşdırdığına görə 3 il müddətində azadlıqdan məhrum edilib./ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar