Ermənistanda ombudsman istefaya göndərildi
10 Fevral 2011 Cümə Axşamı 15:15
Bu ölkənin parlamenti Armen Arutyunyanın ərizəsini qəbul edib
Ermənistan parlamenti bu gün ombudsman Armen Arutyunyanın istefasını rəsmən qəbul edib. ANS PRESS-in Ermənistanın “News.am” saytına istinadən verdiyi məlumata görə, ombudsman istefa haqqında ərizəni Ermənistan parlamentinin spikerinə fevralın 1-də təqdim etsə də onun ərizəsi yalnız indi qəbul edilib.
Xatırladaq ki, Armen Arutyunyan 2006-cı il fevralın 20-də ombudsman vəzifəsinə 6 illiyinə təyin edilmişdi
DOSTLARINLA PAYLAŞ: