Ermənistanda ölüm-dirim mübarizəsi
13 Avqust 2011 Şənbə 11:48
Statistika Xidməti: "Ölkədə ölüm halları çoxalıb, doğum halları isə azalıb".
Ermənistanda demoqrafik vəziyyət günü-gündən pisləşməkdə davam edir. Ölkəni tərk edənlərin sayı artmaqla yanaşı, indi də Ermənistan Milli Statistika Xidməti (EMSX) ölkədə doğum səviyyəsinin azaldığını və ölüm hallarını artdığını açıqlayıb. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Komitə bu göstəricilərin 2011-ci ilin ilk yarısına aid olduğunu bildirir.

Belə ki, əhalinin təbii artımı 20,5 faiz azalıb. EMSX-nın demoqrafiya və əhalinin qeydə alınması şöbəsinin rəisi Karine Kuyumcyan deyib ki, 2010-cu illə müqayisədə bu ilin analoji dövründə ölümün səviyyəsi artıb, doğum səviyyəsi isə azalıb.

“Sağ doğulan uşaqların sayı 20102 təşkil edib. 2010-cu ilin ilk 10 ayı ilə müqayisə edildikdə bu rəqəm 4,4 faiz aşağı düşüb. Ölüm halları isə 3,2 faiz artaraq 14743 təşkil edib. 1 yaşına qədər olan uşaqlar arasında da ölüm halları artaraq 1,2 faiz qeydə alınıb”, - deyə Xidmət rəsmisi əlavə edib.

Lakin ermənistanlı entoqraf Qranuş Xaratyan isə yuxarıda qeyd edilən statistik rəqəmlərin tamamilə qanunauyğun olduğunu iddia edir: “Proseslərin ümumi fonunda bu göstəricilər kifayət qədər normaldır. Mövcud olan emiqrasiya templəri tamamilə təbiidir. Əsasən ölkəni gənclər tərk edir ki, bu da doğum hallarının azalmasına gətirib çxarır. Eyni zamanda ölkədəki vəziyyətimizin kifayət qədər gərgin olduğunu nəzərə alsaq, əlbəttə ki, ölüm halları artmalıdır”.

Statistika Xidməti bu ilin 1 iyul tarixinə kimi Ermənistanın daimi əhalisinin sayını da hesablayıb. Ölkədə daimi yaşayan ermənilərin sayı 3 milyon 266 min 400 nəfərdir. İl ərzində ermənilər 0,4 faiz artıblar. Karine Kuyumcanın sözlərinə görə, ilin birinci yarısında Ermənistanda sərnişin axınında mənfi saldo qeydə alınıb. Ermənitsanı tərk edən və gələnlər arasındakı fərq təxminən 90 min nəfər təşkil edir.

Bunlarla yanaşı, 2011-ci ilin birinci yarısında nigah bağlayan ermənilərin sayı 7,2 faizi ötüb, həmin dövr ərzində ölkədə təxminən 9400 yeni ailə qurulub. Ailə həyatı quranlarla yanaşı boşananların sayı isə 7 faiz yüksəlib. Cari ilin 6 ayı ərzində 1500-dən artıq ailə cütlüyü nigahlarını pozublar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar