Ermənistanda nazir müavinləri işdən qovuldular
14 Avqust 2012 Çərşənbə Axşamı 13:28
Ermənistanın baş naziri Tiqran Sarkisyanın qərarı ilə "Çiçəklənən Ermənistan" partiyasından olan nazir müavinləri və qubernatorlar işdən azad olunublar.
Milli.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, işdən azad olunanlar arasında idman nazirinin müavini Samvel Xaçatryan da var.
"Qraparak" qəzeti yazır ki, Xaçatryanın işdən azad olunması çoxdan nəzərdə tutulmuşdu, lakin London Olimpiya oyunları ilə bağlı onu işdən azad etmirdilər. Olimpiada qurtardıqdan sonra o, vəzifəsindən qovulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar