Ermənistanda müxalifətin fasiləsiz mitinqləri davam edir
01 Oktyabr 2011 Şənbə 18:41
Müxalifət 8 bənddən ibarət tələblərinin yerinə yetirilməsi məqsədilə 1 həftə davam edəcək fasiləsiz mitinq keçirəcəklərini bəyan edib.
Ermənistan milli konqresinin sutkalıq ilk aksiyası bu gün də davam edib. İrəvanın Azadlıq medanında polis qanunsuz olduğundan, sutkalıq mitinq keçirən etirazçılardan meydanı tərk etməyi tələb edib. Meydanda palatkalar qurulub.

“Aykakan jamanak” qəzetinin baş redaktoru Nikol Paşinyan bildirib ki, bu gecəki oturaq aksiya sakit və insidentsiz keçib. Bütün gecəni güclü yağışın yağmasına baxmayaaraq müxalifət tərəfdarları səhərə qədər gözləyiblər. Etirazçıların olduğu ərazidə polis də olub.

Həkimiyyət İrəvanın mərkəzinə gələn 2 əsas yolu bağlayıb. İctimai nəqliyyatın hərəkatı məhdudlaşdırılıb. Səhər saatlarında aksiya iştirakçılarına Ermənistan milli konqresinin lideri Levon Ter-Petrosyan da qoşulub. Yerli vaxtla saat 18:30-da L. Ter-Petrosyannın çıxışı gözlənilir.

Xatırladaq ki, ötən gün keçirilən mitinqdə Ermənistan müxalifətinin lideri L. Ter-Petrosyan 8 bənddən ibarət tələblərinin yerinə yetirilməsi məqsədilə 1 həftə davam edəcək fasiləsiz mitinq keçirəcəklərini bəyan edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar