Ermənistanda müharibə hazırlıqları
12 Dekabr 2010 Bazar 02:40
Serj Sarkisyan Təhlükəsizlik Şurasının iclasını çağırdı
Ermənistan prezidenti Serj Sarkisyan, Təhlükəsizlik Şurasının rəhbəri Serj Sarkisyan Təhlükəsizlik Şurasının iclasını çağırıb. Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, iclasda 2011-2015-ci illərdə silah və hərbi texnikanın inkişafı üzrə dövlət proqramı müzakirə edilib. Şura üzvləri proqramı qəbul ediblər.
İclasda bildirilib ki, proqram Ermənistan silahlı qüvvələrində ortamüddətli planlaşdırma işlərinin nəticəsidir. Sənəd təhlükəsizliyə təhdidlərin neytallaşdırılması ilə bağlı tədbirləri nəzərdə tutur.
Təhlükəsizlik Şurası bəyan edib ki, yeni silahların alınması ilə Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyəti səviyyəsi artırılacaq.
DOSTLARINLA PAYLAŞ: