Bu gün Ermənistanda cinayət aləmində Marso ləqəbilə tanınan “qanuni oğru” Marzpetuni Petrosyan evinin kandarında odlu silahla qətlə yetirilib. ANS PRESS-in “Panarmenian”a istinadən verdiyi xəbərə görə, hadisəni Ararat vilayətinin polis şöbəsinə könüllü gələn müqəssir Perçik Şaboyan törədib.
Belə ki, Petrosyan polisə bildirib ki, o, bu gün səhər Ararat vilayətnin Qoravan kənd sakini, Marso ləqəbli Marzpetuni Petrosyanla şəxsi məsələləri aydınlaşdırmaq üçün onun evinə gedib və ov tüfəngindən atəş açaraq onu qətlə yetirib.
Zərərçəkən şəhər xəstəxanasına çatdırılıb və aldığı güllə yaralarından dünyasını dəyişib.
Şaboyan isə artıq həbs olunub. /ANS PRESS/