Ermənistanda kriminal avtoritetin oğlu öldürüldü
22 İyun 2012 Cümə 13:59
31 yaşlı gənc aldığı güllə yarasından xəstəxanada ölüb.
Ötən gecə İrəvanın Erebuni adminstrativ rayonunda silah səsləri eşidilib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, 31 yaşlı Suren Zoroyan odlu şəxs silahdan açılan atəş nəticəsində öldürülüb. Gənc xəstəxanada huşu özünə gəlmədən ölüb. Artıq fakt üzrə cinayət işi açılıb. Öldürülən şəxsin kriminal aləmdə “Dəmiryolçu Rafo” ləqəbi ilə tanınan avtoritetin oğlu olduğu bildirilir.
DOSTLARINLA PAYLAŞ: