Ermənistanda korrupsiya günü-gündən güclənir
17 İyun 2009 Çərşənbə 19:00
2009-cu ilin birinci rübündə bu ölkədə korrupsiya ilə bağlı 276 cinayət işi qaldırılıb

 

 2009-cu ilin birinci rübündə Ermənistan Prokurorluğu tərəfindən korrupsiya cinayətkarlığı üzrə 276 cinayət işi qaldırılıb. ANS PRESS-in “Novosti-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş prokuroru Aqvan Ovsepyan bildirib.

“Son vaxtlar korrupsiya ilə mübarizə nəticəsində yeddi prokuror vəzifəsindən azad edilib, daha ikisinə qarşı isə cinayət işi qaldırılıb”, - deyə Ovsepyan vurğulayıb. 

Onun sözlərinə görə, 2008-ci ilin birinci rübündə vətəndaşlar tərəfindən korrupsiya faktları ilə bağlı 99 şikayət ərizəsi təqdim olunmuşdursa, 2009-cu ilin analoji dövründə bu rəqəm artıq 290-a çatıb. /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar