Ermənistanda konfrans zamanı qalmaqal
21 Oktyabr 2013 Bazar Ertəsi 15:09
Konfransın açılışından bir neçə dəqiqə sonra aksiya iştirakçıları əllərində plakatlarla zala daxil olaraq hazırki rejimi irqçiliklə ittiham ediblər.
Ermənistanda diskriminasiya, ksenofobiya və dözümsüzlük əleyhinə keçirilən konfransın gedişatına müdaxilə olunub. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, konfransın açılışından bir neçə dəqiqə sonra aksiya iştirakçıları əllərində plakatlarla zala daxil olaraq hazırki rejimi irqçiliklə ittiham ediblər.
Aksiya iştirakçıları Avropa nümayəndələrinə bu adla konfransın keçirilməsinin yolverilməz olduğunu bəyan ediblər. Etirazçılar bildirib ki, Ermənistan höküməti bu məzmunda konfranslar keçirə bilməz. Çünki Ermənistandakı hakim rejim irqçidir və bu həyasızlıqdır.
Daha sonra mühafizə xidməti fəalları zaldan çıxarmaq istəsə də, buna nail ola bilməyib. Aksiya iştirakçıları qonaqlar qarşısında plakat açaraq bir müddət zalda qalıblar. Ermənistan Xarici İşlər Nazirinin çıxışından sonra əllərindəki plakatları zalda qoyan aksiya iştirakçıları konfransı tərk ediblər.
DOSTLARINLA PAYLAŞ: