Rəsmi İrəvanın apardığı yöndəmsiz iqtisadi siyasətin acı nəticəsi olaraq bu ölkədə işsizlərin sayı günü-gündən artmaqdadır. Belə ki, cari ilin ilk altı ayı ərzində Ermənistanda işsizliyin səviyyəsi 6,7 faiz təşkil edib. ANS PRESS-in “News.am”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Statistika Xidmətinin hesabatında bildirilir. Bu halda, ötən ilin analoji dövrü ilə müqayisədə Ermənistanda işsizlərin sayı 0,4 faiz artıb.
2009-cu il iyunun 1-nə olan məlumata görə, Ermənistan Məşğulluq Xidmətində 101 min nəfər qeydiyyata alınıb, 84,1 min nəfərə isə işsiz statusu verilib.
Birinci yarımilliyin yekunu üzrə ölkədə iqtisadi fəal əhalinin ümumi sayı 1178,3 min nəfər təşkil edib ki, bunun da 1099,2 min nəfəri məşğulların payına düşüb. Ümumi olaraq belə bir nəticəyə gəlinib ki, bu ölkədə hər vakant yerə təqribən 100 işsiz düşür.