Ermənistanda inqilab başlayır
22 Fevral 2013 Cümə 22:23
Raffi Ovanisyan ölkənin bir sıra şəhərlərində mitinq keçirmək fikrindədir.
Ermənistanda inqilab artıq başlayıb. ANS PRESS-in “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidentliyinə keçmiş namizəd, “İrs” partiyasının lideri Raffi Ovanisyan İrəvandakı mitinqdə çıxış edərkən bildirib.
Seçkilərin elan olunmuş nəticələrini tanımaqdan imtina edən Ovanisyan sabah ölkənin Aştarak, Vanadzor, Gümrü və Spitak şəhərlərində mitinq keçirmək fikrindədir. Fevralın 24-də onun tərəfdarları İrəvanda toplaşacaqlar.
R. Ovanisyan aksiyaların dinc xarakter daşıyacağını iddia edib. Eyni zamanda o xəbərdar edib ki, əgər “əgər aksiyalar güc tətbiqi ilə dağıdılsa, günahkarlar xalq qarşısında cavab verəcəklər”.
DOSTLARINLA PAYLAŞ: