“Ermənistanda hərtərəfli yoxsulluq hökm sürür”
25 May 2011 Çərşənbə 01:32
“Əhalinin əksər hissəsi yalnız bayramlarda ət yeyə bilir”
“Bu yaxınlarda BMT-nin Əlahi Fondu tərəifndən aparılan araşdırmalar sübut edir ki, Ermənistanda hərtərəfli yoxsulluq hökm sürür”. ANS PRESS-in erməni KİV-inə istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin tribunasından deputat Viktor Dallakyan bəyan edib. Onun sözlərinə görə, paytaxt İrəvanda yaşayanların 88 faizi bir təhər təsərrüfatla məşğul olur. Əhalinin yalnız 1,1 faizi nisbətən normal dolanır: “Ermənistan əhalisinin 70 faizi günaşırı ət və ya balıq yeməyi yalnız arzulaya bilər. Əhalinin böyük hissəsi yalnız Yeni ildə və ya xüsusi şənliklərdə ət qəbul edir”.
Deputat bəyan edib ki, İrəvandakı ev təsərrüfatlarının yalnız 60-89 faizində (ailə üzvlərinin sayından asılı olaraq) yeni geyim ala bilmir: “Respublika miqyasında ailələrin 50 faizi evlərini normal həcmdə qızdıra, buna görə xərcləri ödəmək imkanından məhrumdur. Aşağı yaşayış səviyyəsinin daha bir göstəricisi budur ki, Ermənistanda ailələrin 56 faizi ailə üzvlərinin ad günlərini qeyd edə və qonaq dəvət edə bilmir”.
Viktor Dallakyanın sözlərinə görə, ermənilər əlavə xərcə düşməmək üçün Yeni ilin gəlişini də arzulamır. Deputat deyib ki, Nəzarət Palatasının aşkara çıxardığı faktlar da Ermənistandakı hərtərəfli yoxsulluq şəraitini göstərir. Belə ki, müxtəlif səviyyəli məmurlar dövlətdən külli miqdarda vəsait oğurlayır: “Xalq yoxsulluqdan narazıdır. Üstəlik, bəzi şəxslərin dövlət vəsaiti hesabına gündən-günə varlanmasına, yoxsulluğun caynağında olanların isə yoxsuluşmaqda davam etməsinə qarşı üsyan edir”.
DOSTLARINLA PAYLAŞ: