Ermənistanda hərbi parad etiraz aksiyaları ilə müşayiət olundu
21 Sentyabr 2011 Çərşənbə 12:54
Nümayişçilər “Ermənistan Rusiyanın bir hissəsi deyil” və “Xarici bayraqlara yox” kimi şüarlar səsləndiriblər
Bu gün Ermənistanda hərbi parad keçirilib. ANS PRESS-in erməni kütləvi informasiya vasitlərinə istinadən verdiyi məlumata görə, hərbi paradda Rusiya hərbi hissələri də iştirak edib. Tədbirdə Rusiya hərbçilərinin iştirakına etiraz edən fəallar saxlanılıblar. Onların jurnalist olduqları məlum olub. Bu məqsədlə hətta Facebook sosial şəbəkəsində xüsusi qrup yaradılıb. Nümayişçilər etiraz zamanı “Müstəqil Ermənistan”, “Ermənistan Rusiyanın bir hissəsi deyil” və “Xarici bayraqlara yox” kimi şüarlar səsləndiriblər.

Ermənistanın müstəqilliyinin 20 illik münasibəti ilə təşkil edilən hərbi paradın açılışını “SU-25” təyyarəsi edib. Daha sonra L-39 təlim təyyarələri manevrlər ediblər. Hərbi paradda Mİ-24, Mİ-8 vertolyotları təqdim olunub. Hərbi paradı Mİ-2 tamamlayıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar