Ermənistanda dul qadınların sayı artıb
30 Aprel 2013 Çərşənbə Axşamı 15:22
Bu ölkədə dul qadınların sayı dul kişilərdən 4 dəfə çoxdur.
Ermənistanda dul qadınların sayı dul kişilərdən 4 dəfə çoxdur. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Statistika Komitəsinin demoqrafiya və əhalinin sayılması şöbəsinin rəhbəri Karine Kuyumcyan bildirib.

Onun sözlərinə görə, 2001-ci illə müqayisədə Ermənistanda ailə qurmayan kişilərin sayı 30.6 faizdən 32.1 faizə artıb. Ailə quranların sayı isə 65-dən 65 faiz düşüb.

Bu müddət ərzində boşanan kişilərin sayı 1.2 faiz, təşkil edib. Boşanan qadınların da sayında irəliləmə var – 3.8 faiz. Dul kişilərlə dul qadınlar arasındakı fərq isə daha aydın görünür (13,9% və 3,2%).

Şöbə müdiri deyir ki, 1990-cı illərlə müqayisədə ailə quranların orda yaşında da xeyli fərq var. Əvvəllər bu ölkədə kişilər 27 yaşında ailə qururdularsa, indi bu 29.6 yaş təşkil edir. Qadınlar isə orta hesabla 22.3 yaşında ərə gedirdilərsə, indi bu rəqəm 25.1 yaş olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar