Ermənistanda deputat 8 il azadlıqdan məhrum edilib
22 İyun 2009 Bazar Ertəsi 15:45
Hökm elan edilən zaman o və zalda əyləşənlər vətənpərvər mahnı oxuyublar

 

Bu gün Ermənistan parlamentinin deputatı Sasun Mikaelyan 8 il azadlıqdan məhrum edilib. “Regnum” agentliyinin məlumatına görə, hökm elan edilən zaman Mikaelyan zalda əyləşənlərlə birgə vətənpərvər mahnılar oxuyub.

Xatırladaq ki, 2008-ci ilin 19 fevralında Ermənistanda keçirilən prezident seçkisində Serj Sarksiyan rəsmi olaraq qalib gəlib. Seçkinin saxtalaşdırıldığını bildirən müxalifət isə başda eks-prezident Levon Ter-Petrosyan olmaqla seçkinin nəticələrinə etiraz edib. Müxalifət paytaxt İrəvanda etiraz aksiyaları keçirib və 10 gün ərzində “Azadlıq” meydanını tərk etməyib. Martın 1-də isə polis nümayiş iştirakçılarına qarşı zor və odlu silah tətbiq edib. Müxalifətin etiraz aksiyası zor gücünə yatırılıb. Nəticədə 10 nəfər ölüb, 200 nəfər yaralanıb.

Müxalifətin rəhbərləri, o cümlədən parlamentin 3 deputatı, keçmiş xarici işlər naziri, baş prokurorun keçmiş müavini isə həbs edilib. Petrosyanın tərəfdarları, daha bir deputat və “Aykakan Jamanak” qəzetinin redaktoru barəsində axtarış elan edilib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar