Ermənistanda cinayətkarlıq durmadan artır
29 Yanvar 2010 Cümə 17:05
Bir həftə ərazində 114 oğurluq, 6 qarət, 4 dələduzluq və 3 quldur hücumu hadisəsi qeydə alınıb
Yanvar ayının 20-dən 27-dək olan dövr ərzində Ermənistanda 2 qətl hadisəsi baş verib.
Ermənistan polisinin mətbuat xidmətindən verilən məlumata görə, eyni zamanda bədən xəsarəti yetirmə ilə nəticələnən 46 cinayət, 20 fırıldaqçılıq, 114 oğurluq, 6 qarət, 4 dələduzluq və 3 quldur hücumu hadisəsi qeydə alınıb.
Göstərilən dövr ərzində əvvəllər törədilən cinayətlərin - 17 oğurluq, 8 fiziki xəsarət yetirmə və 3 quldur hücumu hadisəsinin üstü açılıb.
Ötən həftə Ermənistanda 23 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən yol qəzaları nəticəsində 3 nəfər ölüb, 30 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: