Ermənistanda çaxnaşma: İtaliyada nə sataq?
15 Dekabr 2011 Cümə Axşamı 10:45
Sarkisyanın italiyalı iş adamlarına təklifi ölkəsində narahatlıq doğurub.
İtaliyada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan bu ölkənin işgüzar dairələrinin təmsilçiləri ilə görüşüb. O bildirib ki, guya 12-14-cü əsrlərdə mövcud olmuş Kilikiya Ermənistanı İtaliyanın bir çox şəhərləri ilə ticarət əlaqəsində olub. Sarkisyan iş adamlarını 800 il qabaq mövcud olmuş azad ticarətə qayıtmağa çağırıb.
İrəvanda isə onun bu fikirləri narahatlıq doğurub: "İtaliyada nə satacağıq? Kofeinsiz qəhvəmi, şəkər tozu əvəzinə su və ya hava ilə şişirdilmiş çörək?". Bəziləri konyak satmağı təklif edib. Amma bu da boş çıxıb, çünki İtaliyanın özündə yaxşı şərab düzəldirlər və şərab sevirlər. Nisbətən çılğın ermənilər təklif edib ki, gəlin İtaliyaya Rusiya və Türkiyədə istehsal edilmiş mallar göndərək və üzərinə sadəcə "Ermənistanda düzəldilib" sözləri yazılmış yarlıq yapışdıraq.
Amma bizim fikrimizcə, əsas kütlə Sarkisyana 800 il bundan qabaq olmuş hadisəyə qayıtmamağı məsləhət görəcək və erməni xalqının əlindən elə yaxın keçmişdə aldıqlarını - sülhü, işi, sakitliyi, qonşu dövlətlərlə normal münasibəti qaytarmağı tələb edəcək.
DOSTLARINLA PAYLAŞ: