Ermənistanda benzin bahalaşıb
01 Fevral 2011 Çərşənbə Axşamı 13:10
Bu, ilin əvvəlindən başlayaraq artıq üçüncü bahalaşmadır
Ermənistanda benzinin qiyməti yenidən qalxıb. ANS PRESS-in Ermənistanın “Aykakan Jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, bahalaşma İrəvanın yanacaqdoldurma məntəqələrində satılan bütün benzin markalarına aid edilib.

Belə ki, “Requlyar” markalı benzinin bir litri 400 dram (0.87 manat), “Premium” markalı benzinin bir litri 420 dram (0.92 manat) , “Super” markalı yanacağın bir litri isə 440 dram (0.96 manat) təşkil edir.

Qeyd edək ki, bu, ilin əvvəlindən başlayaraq Ermənistanda benzinin artıq üçüncü bahalaşmasıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar