Ermənistanda 6 ayda əhalinin sayı 15 min nəfər azalıb
01 Avqust 2013 Cümə Axşamı 12:08
Ermənistan Milli Statistika Xidməti şəhərdə 1 milyon 904 min 400, kənddə isə 1 milyon 107 min 500 nəfərin yaşadığını açıqlayıb.
2013-cü il iyulun 1-nə olan vəziyyətə görə, Ermənistanda daimi yaşayan əhalinin sayı 3 milyon 11 min 900 nəfərdir. “Media forum” saytı xəbər verir ki, Ermənistan Milli Statistika Xidməti şəhərdə 1 milyon 904 min 400, kənddə isə 1 milyon 107 min 500 nəfərin yaşadığını açıqlayıb.

Bu ilin yanvarın 1-nə olan göstəricilərlə müqayisədə iyulun əvvəlinə Ermənistan əhalisinin təxminən 15 min nəfər azaldığı müşahidə olunub. Səbəb kimi miqrasiyanın əhalinin təbii artımını üstələməsi göstərilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar