Ermənistana 32 milyon avro ayrılacaq
27 Noyabr 2010 Şənbə 01:30
Vəsait dövlət orqanlarının inkişafı layihəsinə yönəldilməlidir
Ermənistan və Avropa Birliyiinin nümayəndəliyi arasında dövlət orqanlarının inkişafı layihəsi ilə bağlı memorandum imzalanıb. Proqrama görə, Ermənistan 2011-2013-cü illərdə Avropa Birliyindən 32 milyon avro vəsait alacaq.
Ermənistanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, layihə Assosiativ sazişin və zad ticarətlə bağlı sənədin imzalanması prosesinə cəlb olunacaq dövlət orqanlarına, eləcə də viza rejiminin sadələşdirilməsi barədə sazişin imzalanmasına yardımı nəzərdə tutur. Layihə həmçinin əalət mühakiməsi, azadlıq və təhlükəsizlik sahələrinə dəstəyə də istiqamətlənib.
DOSTLARINLA PAYLAŞ: