Rusiyanın “Qazprom Eksport” şirkəti ölkənin qaz təchizatını dayandırıb.
Ermənistan yenidən qazsız qalıb. ANS PRESS-in “Armenia Today” portalına istinadən verdiyi məlumata görə, bu gün saat 09:00-dan etibarən “Qazprom Eksport” şirkəti ölkənin qaz təchizatını dayandırıb. Şirkət daha öncə Ermənistanı təbii qazla təmin edən “ArmRosQazprom” şirkətini bununla bağlı məlumatlandırmışdı.
Məlumata görə, dünən axşam 21:00-dən ölkənin bütövlükdə qaz təchizatı müvəqqəti olaraq tamamilə dayandırılıb. Buna səbəb isə Rusiya şirkəti olan “Qazprom Eksport”un Şimali Qafqaz-Cənubi Qafqaz magistral qaz kəmərinin 52-ci kilometrlik hissəsində təmir-bərpa işlərinin aparılmasıdır. Bu müddət ərzində Ermənistanın qaz təchizatı daxili ehtiyatlar hesabına təmin olunacaq.
Qeyd edək ki, bir həftə öncə də Ermənistanın qaz təchizatında fasilələr yaranmışdı. Buna səbəb ölkəyə Gürcüstan ərazisindən gələn qaz kəmərində təmir işlərinin aparılması idi. Bu kəmərlə qazın tam gücü ilə nəqlinin bərpasını ancaq dünən gecə saatlarından bərpa etmək mümkün olub.
ANSPRESS