Ermənistan yeni atom blokunun tikinti layihəsini təxirə salıb
21 Aprel 2011 Cümə Axşamı 14:44
Bu barədə Nüvə Təhlükəsizliyi Tənzimlənməsi üzrə Ermənistan Dövlət Komitəsinin sədri bildirib
Ermənistanda yeni atom enerji blokunun tikinti layihəsi müvəqqəti dayandırılıb. Bu barədə Nüvə Təhlükəsizliyi Tənzimlənməsi üzrə Ermənistan Dövlət Komitəsinin sədri Aşot Martirosyan mətbuat konfransında bildirib.

"Yeni Atom Elektrik Stansiyasının Ermənistanda tikintisi ilə bağlı bütün məsələlər müvəqqəti dayandırılıb", deyə o qeyd edib.

Martirosyanın sözlərinə görə, onlar biz Yaponiyanın "Fukusima-1" stansiyası üzrə son nəticəni gözləyirlər. O vurğulayıb ki, ümumiyyətlə Ermənistan hökuməti Atom Elektrik Stansiyasının yeni enerji blokunun tikintisindən və nüvə energetikasının strateji inkişaf proqramından imtina etmir.

Eyni zamanda, 2011-ci ilin 27-28 aprelində İrəvanda keçirilməsi nəzərdə tutulmuş yeni Atom Elektrik Stansiyasının tikintisi üçün vəsaitlərin cəlb edilməsi üzrə investorların və donorların beynəlxalq konfransı keçirilməyəcək. O, Yaponiyadakı hadisələrə görə təxirə salınıb.

Daha əvvəl bildirilib ki, Ermənistanən Atom Elektrik Stansiyasında yeni enerji blokunun tikintisi üçün Ermənistan -Rusiya birgə "Mesamorenerqatom" QSC yaradılıb. Birgə müəssisə artıq potensial investorlarla danışıqlara başlayıb.

Nəzərdə tutulur ki, 1060 Mvt gücə malik nüvə blokunda Avropa təhlükəsizlik sertifikatına malik Rusiya istehsalı olan reaktor quraşdırılacaq. Layihənin dəyəri $4-5 mlrd. qiymətləndirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar