Ermənistan yenə Türkiyəni ittiham etdi
28 Yanvar 2011 Cümə 22:50
Edvard Nalbandyan Ankaranın destruktiv mövqe tutmaqda günahlandırıb.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ, habelə ikitərəfəli münasibətlərin tənzimənməsi məsələsində Türkiyənin mövqeyinin destruktiv olduğunu hesab edir. “Türkiyənin bu münaqişə və ikitərəfli münasibətlərin nizamlanması baxımdan mövqeyi nəinki konstruktiv, hətta destruktivdir”,- deyə Edvard Nalbandyan “Russia Today” telekanalına müsahibəsi zamanı bildirib.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin başlanması haqda təşəbbüsün Ermənistan prezidenti Serj Sarkisyana aid olduğunu xatırladan nazir bildirib ki, ilk gündən İrəvan bu prosesə ön şərtsiz başlanmasının vacibliyini bəyan edib: “Bəli, biz ABŞ, Fransa, İsveçrə, Rusiya, eləcə də Avropa İttifaqı və Avropa Şurasının nümayəndələri qarışında razılığa gəlmişik. Bundan sonra isə Türkiyə prosesin əvvəlində olduğu kimi yenidən ön şərtlər dili ilə danışmağa başladı ki, bu da danışıqlar prosesinin dalana dirənməsinə gətirib çıxardı”.
Nalbanyanın sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsini Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsi ilə əlaqələndirmək istəyir: “Bununla da, Türkiyə həm erməni-türk münasibətləri, həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində destruktiv mövqe sərgiləmiş olur”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: