Ermənistan ya Türkiyə?
02 Oktyabr 2009 Cümə 20:45
Moskva çətin seçim qarşısında qalıb; Ermənistan ya Türkiyə?
Rusiya bütün Qafqaz ölkələri ilə münasibətlərin inkişafında maraqlıdır. Bunu “Cənubi Qafqazda təhlükəsizlik: region xalqlarının maraqlarının reallaşması” mövzusunda İrəvanda keçirilən beynəlxalq konfransda Rusiya İctimai Palatasının üzvü, ORT kanalının aparıcısı Maksim Şevçenko deyib. Onun sözlərinə görə, Moskva bu və ya digər dövlətə "stavka" etmək siyasətindən imtina edir.
“Rusiyanın baş naziri Vladimir Putin bəyan edib ki, Türkiyə Rusiyanın dostudur və bu, həqiqətdir. Ancaq Ermənistan da bizim üçün olduqca vacibdir”, – deyə jurnalist qeyd edib. O həmçinin əlavə edib ki, Moskva regionda sabitliyin qorunması məsələsini üstün tutur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: