Ermənistan XİN-in binasına 52 milyon pul qoyulu
26 Dekabr 2012 Çərşənbə 12:14
Bina hərraca çıxarılıb.
Ermənistanın Xarici İşlər Nazirliyinin binası hərraca çıxarılacaq. ANS PRESS-in "Aykakan Jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, binanın ilkin dəyəri 52 milyon dollar olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, bu bina oktyabrın 4-də hökumətin qərarı ilə E.Ernekyana məxsus “Tanqo” şirkətinə satılıb. Ehtimal olunur ki, E.Ernekyan binanı almaq fikrindən daşınıb.

Digər versiyaya görə, isə o, açıq hərracda Ermənistan XİN-in binasını alışını rəsmiləşdirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar