Ermənistan və Gürcüstan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsidən danışıblar
07 Noyabr 2011 Bazar Ertəsi 23:11
Nazirlər bəyan ediblər ki, problem danışıqlar yolu ilə və beynəxlaq hüquq prinsipləri əsasında həll olunmalıdır.
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze İrəvana səfəri çərçivəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. ANS PRESS-in “Mediamaks” agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə noyabrın 18-19-da keçirilməsi planlaşdırılan ikitərəfli hökumətlərarası komissiyanın iclasına hazırlıq məsələləri müzakirə edilib.
Nazirlər Yaxın Şərqdəki proseslərlə bağlı fikir mübadiləsi aparıblar və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunublar. Tərəflər qeyd edib ki, problem danışıqlar yolu ilə və beynəxlaq hüquq prinsipləri əsasında həll olunmalıdır.
DOSTLARINLA PAYLAŞ: