Ermənistan üçün dəhşətli böhran proqnozlaşdırılır
05 Aprel 2014 Şənbə 00:22
2014-cü ilin yekunlarına görə, Ermənistan iqtisadiyyatında 1-3% azalma qeydə alınacaq.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan mərkəzi bankının keçmiş başçısı Baqrat Asatryan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
“Aydın görünür ki, ölkədə iqtisadi durum pisləşir və bu, daha çox Rusiyadakı vəziyyətlə bağlıdır. 2013-cü ildə Rusiya iqtisadiyyatı cəmi 1,5% artıb, bu ilə olan proqnozlar isə daha ümidsizdir, neft məhsullarının qiymətinin azalması gözlənir. Qərbin yeni sanksiyaları da gözlənilir. Təbii ki, bütün bunlar çox sahələrdə Rusiyadan asılı olan Ermənistan iqtisadiyyatına təsir göstərəcək”, - deyə Asatryan vurğulayıb.
İqtisadçının sözlərinə görə, keçmiş sovet sakinləri üçün Rusiya vətəndaşlığına keçməyin asanlaşdırılması da Ermənistan iqtisadiyyatına ciddi təsir göstərə bilər. “Biz ili dəhşətli miqrasiya göstəriciləri ilə başa çatdıra bilərik”, - deyə Asatryan vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: