Ermənistan Türkiyəyə ümidsiz yanaşır
01 Sentyabr 2009 Çərşənbə Axşamı 12:56
Ermənistan müxalifəti Türkiyə ilə son razılaşmaya ümidsiz yanaşır.“Daşnaksütyun”: “İmzalanan sənədlər diplomatik münasibətlərin real bərpasının təminatı deyil”
Ermənistan-Türkiyə əlaqələrinin normallaşdırılması ilə bağlı son təşəbbüs Ermənistanı oyunda saxlamağa xidmət edir. ANS PRESS, “Armenia Today” agentliyinə istinadən xəbər verir ki, bunu “Daşnaksütyun” partiyasının nümayəndəsi Kiro Manoyan bildirib. Onun sözlərinə görə, imzalanan sənədlər diplomatik münasibətlərin real bərpasının təminatı deyil. Bununla belə, müxalifətçi hesab edir ki, Türkiyə və Ermənistan arasında siyasi məsləhətləşmələrin bərpası ilə bağlı razılaşmada rəsmi Ankaranın məqsədi İrəvanı Dağlıq Qarabağ problemi ilə bağlı güzəştlərə məcbur etmək deyil: “Bu dəfə Türkiyə bu məqsədi güdməyib”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar