Ermenistan Türkiye serheddinde zelzele
18 Oktyabr 2013 Cümə 03:30
Ermenistan Türkiye serheddinde zelzele. Yerin 10 km. derinliyinde baş veren zelzele 4 bal gücünde hiss olunub.
Oktyabrın 17-də, yerli vaxtla saatla 19:05-də (Bakı vaxtı ilə saat 21: 05) Ermənistan-Türkiyə sərhəddində yerləşən Gümrü şəhərinin 11-ci kilometrliyində zəlzələ baş verib.
ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan FHN, zəlzələnin mərkəz koordinatlarının 40.730 Şimali paraleli və 43.730 Şərq meridianı olduğunu bildirib.
Yerin 10 km. dərinliyində baş verən zəlzələnin 4 bal gücündə hiss olunduğu qeyd olunub. Günrü və Artık şəhərlərində isə bu, 3 bal gücündə hiss olunub.
DOSTLARINLA PAYLAŞ: