Ermenistan - Türkiye münasibetleri daha da pisleşib
25 Avqust 2013 Bazar 12:58
Ermenistan - Türkiye münasibetleri pisleşib. Ankara, iki ölke serheddinde 35 yaşlı çobanın öldürülmesine adekvat cavab vere biler.
İtmiş qoyunlarını axtarmaq üçün Ermənistan sərhəddini keçmiş türk çobanın güllələnməsindən sonra İrəvanla Ankara arasında gərginlik daha da artıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Böyük Britaniyaya məxsus İwpr (Müharibə və Sülh Reportyorları Təşkilatı) portalı məlumat yayıb.

Portalın yazdığına görə, 35 yaşlı Mustafa Ülkər iyulun 31-də güllələndikdən sonra iki ölkə arasındakı münasibətlər daha da gərginləşib. Bu da Ermənistanın Türkiyəyə düşmənçiliyinin nümunəsidir.

Portalın iddiasına görə, hadisə ona görə gərginləşib ki, çobanı rus əsgərləri vurub. Belə ki, 1992-ci ildə Rusiya ilə Ermənistan arasında başğlanan müqaviləyə görə, bu ölkənin Türkiyə və İranla sərhədlərini Rusiya ordusu qoruyur.

"Bu hadisə Türkiyə tərəfindən sərhədlərin açılması məsələsini daha da çətinləşdirəcək". Bu fikir isə Ermənistanda faəliyyət göstərən Qlobaşllaşma və Regional Əməkdaşlıq Mərkəzinin sədri Stepan Qriqoryanın tərəfindən səsləndirilib. Onun sözlərinə görə, rəsmi Ankara çobanın öldürülməsinə adekvat cavab verəcək: "Ola bilər ki, Ankara hökuməti çörək pulu qazanan qeyri-leqal erməni miqrantlarının ölkədən çıxarsın".


DOSTLARINLA PAYLAŞ:

oyunlar