Ermənistan səhiyyə naziri və vitse-spikeri əlbəyaxa dalaşdı
15 Dekabr 2009 Çərşənbə Axşamı 11:35
Vəzifəli şəxslər arasında ana söyüşü ilə müşayiət olunan dava parlamentdə baş verib
Ermənistan parlamentinin növbəti sessiyasının bağlanması qalmaqalla yadda qalıb. Belə ki, parlamentin vitse-spikeri, hakim Respublika Partiyasnın üzvü Samvel Nikonyan və səhiyyə naziri, “Çiçəklənən Ermənistan” partiyasının üzvü, Arutyun Kuşkyanın arasında insident baş verib.

İki vəzifəli şəxsin arasında ana söyüşü ilə müşayiət olunan mübahisə iclas bitəndən dərhal sonra başlayıb. Ermənistanda nəşr edilən “Aykakan Jamanak” qəzetinin yazdığına görə, vitse-spiker Nikonyanın səhiyyə sahəsindəki tənqidləri səhiyyə naziri Kuşkyanı bərk əsəbləşdirib. Amma Kuşkyan iclasda ittihamlara cavab verə bilməyib və Nikonyanla iclasdan sonra hesbalaşmaq qərarına gəlib və onu ictimaiyyət içində yalançı və sifariş icraçısı adlandırıb. Daha sonra isə küçə söyüşləri söyməyə başlayıb. Bundan sonra nazirlə vitse-spiker arasında əlbəyaxa dava başlayıb. Davaya deputat Nair Zöhrabyanın köməyi ilə son qoyulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar