Ermenistan pulsuz qalıb
25 Yanvar 2014 Şənbə 18:33
Ermenistan milli statistika xidmeti inanılmaz reqemler yayıb.
Ermenistan milli statistika xidmetinin derc edilmiş göstericilerine göre, 2012-ci ilin dekabr ayı ile müqayisede 2013-cü ilin dekabr ayında bu ölkede ticaret dövriyyesi azalıb.

ANS PRESS-in melumatına göre, bu ölkede derc olunan “Haykakan jamanak” qezeti ticaret dövriyyesinin azalmasını ehalinin alıcılıq qabiliyyetinin azalması ile bağlayıb.

“Bu inanılmaz hadisedir. Bu gösterir ki, bu Yeni ilde ehali keçen ile baxanda daha az alış-veriş edib. Müqayise üçün yalnız qeyd ede bilerik ki, 2012-ci ilin dekabr ayında 2011-ci ilin dekabr ayı ile müqayisede ticaret dövriyyesi 4,8% artmışdı. 2011-ci ilin dekabr ayında ise 2010-cu ilin dekabr ayı ile müqayisede 6,7% artım qeyde alınmışdı. Yeni il qabağı ticaret dövriyyesinin azalması, elbette, ehalinin ödeniş qabiliyyetinin durmadan aşağı düşmesi ile bağlıdır. Hetta xaricden transferlerin artması bele ödeniş qabiliyyetinin düşmesinin qarşısını ala bilmir”, - deye qezet vurğulayır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar