Ermənistan prezidentliyinə namizədi güllələdilər
01 Fevral 2013 Cümə 01:14
Paruyr Ayrikyana İrəvanın mərkəzində sui-qəsd olub.
Bir qədər əvvəl Ermənistan prezidentliyinə namizəd, Milli Müqəddərat İttifaqı Partiyasının sədri Paruyr Ayrikyana sui-qəsd olub. ANS PRESS-in News.am-a istinadən verdiyi məlumata görə, hadisə İrəvanın mərkəzində baş verib. Paruyr Ayrikyan döş qəsəfindən güllə yarası alıb və “Qriqor Lusavoriç” tibb mərkəzinə aparılıb.

Hadisə yerində polis əməkdaşları işləyir. Ermənistanın daxili işlər naziri Vladimir Qasparyanın da ora yollandığı bildirilir.

Qeyd edək ki, Ermənistanda prezident seçkiləri fevralın 18-də keçiriləcək. Seçki kampaniyası yanvarın 21-də başlayıb. Paruyur Ayrikyan Ermənistanın bir sıra bölgələrində görüşlər keçirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar