Ermənistan prezidenti kimi iki nəfər and içir
09 Aprel 2013 Çərşənbə Axşamı 14:11
Həm Serj Sarkisyan, həm də Raffi Ovannisyan özünü prezident elan edib.
İrəvanda iki andiçmə mərasimi keçirilir. ANS PRESS-in məlumatına görə, fevralın 18-də keçirilmiş prezident seçkilərində rəqib olmuş Serj Sarkisyan və Raffi Ovannisyan fərqli yerlərdə prezident kimi and içirlər.

İrəvanda idman-konsert kompleksində Ermənistan parlamentinin xüsusi iclası keçirilib. MSK-nın rəsmən qalib elan etdiyi Serj Sarkisyan and içib. O, prezident iqamətgahına qayıtdıqdan sonra hərbi parad keçiriləcək və dövlət başçısı hökumət üzvlərini qəbul edəcək.

İrəvanın Azadlıq meydanında isə müxalifətçi namizəd Raffi Ovannisyan and içir. Hazırda meydanda mitinq keçirilir. Ailə üzvləri ilə meydana gələn Raffi Ovannisyan tərəfdarları qarşısında çıxış edir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar