Ermənistan paytaxtının "it günü"
31 İyul 2012 Çərşənbə Axşamı 10:57
Şəhər meriyasına küçələrdə sülənən sümsük itlərin getdikcə artmasından çox sayda şikayətlər daxil olub
İrəvanda indi hətta köpəklərin də halı pisdir. Erməni mətbuatının məlumatına görə, bu günlərdə şəhər meriyasına paytaxt küçələrində sülənən sümsük itlərin getdikcə artmasından çox sayda şikayətlər daxil olub. Bu yaxınlara kimi bu biçarə heyvanların böyük hissəsi İrəvan sakinlərinin mənzillərində yaşayırmış.
Amma təəssüf ki, Ermənistan paytaxtında vəd edilən iqtisadi möcüzə baş verməyib - dolanışıq üçün vəsait və qida tapmaq çətinləşib, nəticədə köpəklər rəqib sayılaraq İrəvan küçələrinə qovulub.
Düzdür, hələ ki, köpəklərin insanlara hücum etməsi barədə rəsmi məlumat yoxdur, amma ərzaq çatışmazlığı üzündən köpəklər bunu edə bilərlər. İrəvan rəhbərliyinə sağ ol demək lazımdır, onlar şəhər sakinlərinin şikayətinə cəld reaksiya veriblər və bildiriblər ki, xüsusi təşkilat artıq sümsük itlərin zərərsizləşdirilməsi üzrə əməliyyat həyata keçirib. İtləri sadəcə güləlləyiblər ki, ermənilər bunu yaxşı bacarır. İndi şəhər sakinləri üçün küçələrdə rahatlıq yaranıb və əsas məsələ odur ki, ərzaq axtarışı baxımından onların rəqibləri xeyli azalıb.
DOSTLARINLA PAYLAŞ: