Ötən həftə Ermənistanın paytaxtı İrəvanın mərkəzində Argentina və Niderlanddan olan beş turist qarət olunub. ANS PRESS-in “Novosti-Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Respublika polisinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
“Şənbə günü bıçaq və tapança ilə silahlanan üç naməlum şəxs mərkəzi Vazgen Sarkisyan küçəsində üç Argentina vətəndaşına quldurcasına hücum edərək onları qarət edib və daha sonra qaçmağa macal tapıblar”, - deyə məlumatda bildirilir.
Elə həmin gün gecə saatlarında yenə üç naməlum quldur Niderland vətəndaşları Kris və Aleksandra hücum edib və onların pleyer, mikrofon, saat, mobil telefon və pul vəsaitlərini oğurlayıblar.
Hazırda ölkənin hüquq-mühafizə orqanları vəziyyətin öyrənilməsi və cinayətkarların tapılması üzrə iş aparır.
Xatırladaq ki, son vaxtlar İrəvanda əcnəbilərə hücum halları artıb. /ANS PRESS/