Ermənistan parlamentinin spikeri kəndliləri susuz qoydu
15 İyun 2011 Çərşənbə 03:02
Ovik Abramyanın torpaq sahəsi suvarılır, kəndlilər içməyə su tapmırlar
Ermənistanın Arararat rayonunda kəndlərin birinin sakinləri qəribə problemlə üzləşiblər. İçməli və məişət suyu üzrə müfəttiş kəndlilərə su toplamağı məsləhət görüb və xəbərdarlıq edib ki, bir həftə su olmayacaq. O, bunu Ermənistan parlamentinin spikeri Ovik Abramyanın torpaq sahələrinin suvarılacağı ilə əsaslandırıb. Məlumatı “Qraparak” qəzeti yayıb. Müfəttiş kəndlilərə təsəlli verib ki, onlar tək deyillər. Belə ki, qonşu iki kəndin sakinləri də eyni aqibətlə üzləşiblər.

Qəzetin məlumatına görə, sakinlərinə xəbərdarlıq edilən kəndə həftədə iki, ən yaxşı halda isə üç dəfə su verilir. Ovik Abramyanın doğma kəndi Mxçeyanda isə vəziyyət tamam fərqlidir. Spikerin qohumları bütün sutka ərzində su ilə təmin edilirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar