Ermənistan parlamenti DQR-i tanımadı
09 Dekabr 2010 Cümə Axşamı 14:30
Qanun layihəsinin lehinə cəmi 13 deputat səs verib
Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin səsverməsi iflasla nəticələnib. Ermənistan KİV-nin məlumatına görə, parlament çoxluğu səsvermədə iştirakdan imtina edib.
Səsvermədən əvvəl hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyan dəfələrlə bu mövzuya dair mövqelərini bildirdiklərini və bu mövqelərinin dəyişmədiyini deyib. O qeyd edib ki, hazırkı mərhələdə Dağlıq Qarabağın tanınması məqsədəuyğun deyil.
Bu səbəblə parlament çoxluğu səsverməyə qatılmayıb. Qanun layihəsinin lehinə cəmi 13 deputat - “İrs” partiyası və “Daşnaksütyun”un üzvləri səs verib. Yetərsay olmadığı üçün layihə qəbul olunmayıb.
DOSTLARINLA PAYLAŞ: