Ermənistan parlamenti çətin duruma düşüb
15 Dekabr 2010 Çərşənbə 14:40
Buna səbəb müxalifətin parlamentin iclasını baykot etməsidir
Ermənistan parlamenti növbədən kənar sessiyasını keçirə bilmir. Buna səbəb müxalifətin parlamentin iclasını baykot etməsidir. Baykotun səbəbi isə növbədənkənar sessiyanın keçirilməsi təşəbbüsünün hakimiyyət tərəfindən irəli sürülməsidir.

Artıq “İrs” və “Daşnaktsütyun” partiyaları səsverməni baykot edəcəyini bildirib.

Qeyd edək ki, növbədənkənar sessiyanın gündəliyinə 35 məsələ daxil edilib. O cümlədən Əfqanıstandakı erməni əsgərlərinin sayının və dislokasiya müddətinin artırılması məsələsi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar