Ermənistan parlamenti başsız qaldı
01 Noyabr 2011 Çərşənbə Axşamı 22:52
Spiker Ovik Abramyan postundan istefa verib.
Ermənistan parlamentinin spikeri Ovik Abramyan istefa verib. ANS PRESS-in "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə o, jurnalistlərə Respublikaçılar Partiyasının İcra Komitəsinin iclasından sonra bildirib.

Abramyan qeyd edib ki, partiya gələcək parlament seçkilərində seçki qərargahının rəhbəri vəzifəsinə onun namizədliyi irəli sürüb: “Mən parlamentin spikeri vəzifəsini tərk etmək və işimi seçki qərargahının formalaşmasına yönəltməyi təklif etdim".

Bununla yanaşı Abramyan bildirib ki, iclasda onun spiker vəzifəsində kiminlə əvəz olunması məsələsi müzakirə edilməyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar