Ermənistan ordusunda nələr baş verir?
26 Noyabr 2010 Cümə 21:10
Erməni əsgərləri arasında ölüm halları artmaqdadır
Ermənistan ordusunda vəziyyət acınacaqlı qalmaqdadır. Noyabrın 19-dan 20-ə keçən gecə erməni ordusunda 4 əsgərin ölümü bir daha qonşu ölkənin ordsunda şəffaflığın və nizam-intizam səviyyəsinin müzakirə obyektinə çevrilməsinə sövq edib. Belə ki, noyabrın 19-dan 20-ə keçən gecə cəbhə xəttindən cənubda hərbçilər arasında baş verən toqquşma nəticəsində 19-20 yaşında arasında 4 nəfər əsgər öldürülüb və daha 4 nəfər yaralanıb. Hadisə ilə bağlı heç bir təfərrüata varmağı lazım bilməyən Ermənistanın Müdafiə Nazirliyi ancaq ölənlərin adlarını açıqlamaqla kifayətlənib. Nazirlik hadisənin Azərbaycan tərəfindən açılan atəş nəticəsində olmasını versiyasını isə praktiki olaraq istisna edib.

Ermənistan Müdafiə Nazirlyi müstəntiqlərinin dediklərinə görə, cinayətdə əsas şübhəli bilinən şəxs həlak olanlarla birgə hərbi hissədə xidmət çəkirmiş və hazırda o həbs olunub. Adı açıqlanmayan bu şəxs ona qarşı irəli sürüləcək ittihamdan asılı olaraq ya ömrülük həbs cəzası, ya da 8 ildən 15 ilədək həbs cəzası alacaq.

Bu hadisədən öncə, noyabrın 19-da Ermənistanın hərbi hissələrindən birində bir hərbçi qətlə yetirilib. “Aykakan Jamanak” erməni qəzetinin yazdığına görə, öldürülən şəxs həqiqi hərbi xidmət müddətindən artıq xidmət edən (MAXE) 23 yaşlı əsgər Robert Avetisyan olub: “İnsident dünən Ermənistanın Qexarkunis vilayətinin Çambarak şəhəri yaxınlığındakı hərbi hissədə baş verib”. Faktla bağlı cinayət işi açılıb və noyabrın 21-də baş vermiş hadisə ilə bağlı iki nəfər həbs olunub.

Ermənistan ordusunda hərbi şəraitdən kənar həlak olan 15 nəfərin ölüm faktı isə bu ilin iyul ayında noyabr ayına qədər olan müddət ərzində qeydə alınıb. Bunlardan ikisi rəsmi şəkildə sui-qəsd halı kimi qiymətləndirilib.

İyulda beş nəfərin ölümü ilə nəticələnən hadisə baş verdikdən sonra ictimaiyyət Müdafiə Nazirliyindən bu cür faktlarla bağlı açıqlama verməsini tələb edib. Noyabrın 19-da Dağlıq Qarabağa səfəri zamanı Ermənistanın sabiq müdafiə naziri, hazırda isə dövlət başçısı Serj Sarkisyan “bizə ən qiymətli olan- əsgər və zabitlərimizin həyatını qorumaq üçün hər edəcəyik” deyə bəyan etmişdi. Hətta bununla bağlı nazirlik bir sıra yüskək çinli məmurları vəzifələrindən kənarlaşdırdı, vəd verdi ki, zorakılığa son qoyulacaq. Lakin hüquq-müdafiəçilərinin fikrincə, hakimyyət daha çox işlər görməlidir. Ermənistanın Helsinki komitəsindəki sədri Avetik İşxanyanın sözlərinə görə, son hadisələr ordunun “nəzarətsiz” olduğuna dair göstəricidir. Eyni zamanda hüquq-mühafizə orqanları hakimiyyətin yaxşılığa doğru hər hansı bir addım atmadığını düşünür.

Verilən statistik məlumatlara inansaq, Ermənistanda hərbi əməliyyatlardan kənar baş verən ölüm halları 2005-ci ildən bu vaxta qədər 30 faiz azalıb. “Helsinki vətəndaş assambleyası”nın statistik araşdırmalarında isə göstərilir ki, bu il müvafiq hallar nəticəsində 26 hərbçi həlak olub. Qurumun nümayəndəsinin sözlərinə görə, Müdafiə Nazirliyi qeyd edilən 34 haldan ancaq 11-i haqda məlumat verib. Qalan 23 hal isə bütün hamıya məlum olduqdan sonra nazirliyi reaksiya verməyə məcbur edib. “Müdafiə Nazirliyi qapalı sistemdir və çox vaxt orada nə baş verdiyini bilmirik. Əgər vətəndaşların aktiv fəaliyyəti olmasa idi, heç bu 23 nəfər hadqa da xəbərimiz olmazdı”.

Növbəti məqam isə Ermənistan ordusunda özbaşınalıqlarla bağlı rüsvayedici materiallar olub. Belə ki, Ermənistan silahlı qüvvələrinin formasında olan gənc əsgərlərin təzyiq altına düşdüyü, döyüldüyü və alçaldıldığı nümayiş olunan videokadrlar məşhur “YouTube” portalında yerləşdirilib. Bu, ölkədə böyük etiraza səbəb olub, hətta vəziyyət o həddə çatıb ki, müdafiə naziri Seyran Ohanyanın istefaya getməsi tələb olunub. Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi həmişə olduğu kimi düşünülmüş şəkildə hazırlanmış bu tipli materialların Ermənistan silahlı qüvvələrinin nüfuz və hörmətdən salınmasına yönəldiyini bəyan edib. Sarksiyan çıxışında bildirib ki, Ohanyanı istefaya çağıranlar ordu vasitəsilə siyasi dividendlər qazanmağa çalışır.

Ermənistanda sui-qəsd, ölüm halları ilə yanaşı, ordudan yayınanlar, eləcə də fərarilərin sayı durmadan artır. Belə ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi mətbu orqanı olan “Krasnaya Zvezda” qəzeti Ermənistanın diaspora naziri Qranuş Akopyana istinadən məlumat verib ki,
ölkədə həqiqi hərbi xidmətdən yayınmış 10400 nəfər axtarışdadır. Nazirin sözlərinə görə, mövcud problemin nizamlanması üçün Ermənistan hökuməti qanunlara dəyişikliklər etməyi təklif edib. Bura ordudan yayınmış, 2010-cu il noyabrın 1-dək 27 yaşı tamam olmuş şəxslərin cinayət təqibinin dayandırılması, məcburi xidmət keçmək istəməyən vətəndaşların 27 yaşa qədər hər çağırış zamanı dövlətə cərimə ödəməsi təklfi olunur.

Cərimənin məbləği hər çağırış üçün 100 min dram (təxminən 280 dollar) təşkil edəcək. Sağlamlıq durumuna görə xidmətə yararlı olmayanlar isə 30 min dram ( 80 dollardan çox) cərimə ödəməlidir. Atası və ya doğma qardaşı xidməti vəzifəsini yerinə yetirərkən həlak olanlar, yaxud ailədə yeganə kişi olanlar isə cərimədən azad olunacaq.







DOSTLARINLA PAYLAŞ:

oyunlar