Ermənistan Ordusunda istefa dalğası
01 Avqust 2012 Çərşənbə 16:09
Ermənistan ordusunun baş qərargah rəisinin müavini və ölkənin baş hərbi komissarı istefaya göndərilib.
Ermənistan Müdafiə Nazirliyinin üç idarə rəisi vəzifəsindən azad edilib. Bu barədə APA "Aykakan Jamanak" qəzetinə istinadən yaydığı məlumata görə, işdən çıxarılanlardan ikisi general rütbəsi daşıyır.
Müdafiə naziri Seyran Ohanyan Baş Qərargah rəisinin müavini, general-leytenant Valeri Qriqoryanı, Ermənistanın baş hərbi komissarı, general-mayor Sergey Çalyanı və Müdafiə Nazirliyinin təşkilat-səfərbərlik idarəsinin rəisi polkovnik Arakel Martikyanı vəzifəsindən azad edib. Onların işdən çıxarılmasının səbəbləri açıqlanmır.
DOSTLARINLA PAYLAŞ: