Ermənistan ordusu xəstələrin ümidinə qalıb
23 İyul 2012 Bazar Ertəsi 12:16
Bu ölkənin müdafiə nazirliyi xərçəng xəstəliyi olan şəxsi hərbi xidmətə aparıb.
Ermənistan ordusu azala-azala gedir. Hərbi xidmətə başladığı müddətdən bir il belə ötməyən erməni əsgər ölüb. Bu dəfə əsgər ölümünə səbəb xərçəng xəstəliyi olub. Ermənistanın Müdafiə Nazirliyinin məlumatına görə, 22 yaşlı Aşot Sardaryan mədə xərçəngi nəticəsində ölüb.

Nazirlik yaydığı açıqlamasında xərçəngdən ölən əsgəri xilas etmək üçün əllərindən gələni etdiklərini yazıb. Məlumata görə, 22 yaşlı hərbçi universitet təlləbəsi olub. O, biologiya fakültəsini bitirdikdən sonra hərbi xidmətə yollanıbmış.

Maraqlıdır görəsən Ermənistan xəstə gənclərdən ibarət ordu ilə nə etmək fikrindədir. Hərbi xidmətə başlamamışdan öncə tam tibbi müayinə keçirən həkimlər hara baxırlar?

Ermənistandakı hərbi komissarlıqlar xəstə və yararsız çağırışçıları zorla hərbi xidmətə göndərirlər, hətta ən ciddi xəstəlikləri olanları belə.

Ermənistanda fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyası (HVA) bir müddət öncə bəyanatla çıxış edərək Ermənistan ordusundakı vəziyyətin ildən-ilə pisləşdiyini və insan hüquqlarının pozulduğunu bildirmişdi.





DOSTLARINLA PAYLAŞ:

oyunlar