Ermənistan opera davası Qərb mətbuatında
10 Dekabr 2010 Cümə 01:15
“Associated Press”: “Beqlaryanın arvadının nəyə can atdığı aydın deyil”
“Opera konsertindən sonrakı dava-dalaş erməni merə kürsü bahasına başa gəldi”. Bu başlıqla məqalə bir sıra Amerika KİV-ində, o cümlədən, “The Washington Post”, “CBSnews” və “ABCnews”-da “Associated Press” agentliyinə istinadən yayılıb. “Opera melodramdan uzağa getmədi. Lakin bir çox hallarda onda vəzifəli şəxslər iştirak etmirlər. İrəvanın meri Plasido Dominqonun konsertində yer üstündə yaranmış mübahisədən sonra Ermənistan prezidentinin köməkçisinin sifətindən vurub. Ən pisi, o, protokol şöbəsinin işçisi olub. Beqlaryan davanı protokol xidmətinin işçisinin prezident Serj Sarkisyanın yanında oturan arvadından yerini dəyişməyi xahiş etdiyini öyrənəndən sonra salıb. Beqlaryanın daha çox nəyə can atdığı aydın deyil: prezidentlə yanaşı oturmağa, yoxsa ispan tenorun konsertinə qulaq asmağa”.

BBC isə “İrəvanın meri köməkçini Dominqonun konsertinə görə vurdu” sərlövhəli material yayıb: “Mer arvadının prezidentin yanında oturmasına çox can atıb”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar