Ermənistan müxalifətindən daha bir cəhd
08 Aprel 2011 Cümə 20:13
İrəvanda mitinq edənlər yenidən Azadlıq meydanına girməyə nail olmaq niyyətindədir
Ermənistanda bu dəqiqələrdə mitinq gedir. Mitinq iştirakçıları bu gün yenidən Azadlıq meydanına girməyə nail olmaq niyyətindədir. Ermənistanın “Respublika” partiyasının lideri Aram Sarkisyanın sözlərinə görə, Azadlıq meydanı Baqramyan prospektinə gedən yoldadır. Belə ki, bu prospektdə prezidentin iqamətgahı yerləşir. O bildirib ki, bu yol onların evlərindən və qəlblərindən keçir.

A. Sarkisyan insanları səbirli olmağa çağırıb və bildirib ki, yaxın zamanda daxili qüvvələr də Ermənistan hakimiyyətinə təzyiq göstərəcək və ölkədə islahatların aparılmasını tələb edəcəklər.

Ermənistan Azadlıq Hərəkatının sədri Aram Manukyan bildirib ki, bugünkü mitinqə ötən dəfəkindən çox adam toplanıb: “Bir saatdan sonra mitinq edənlər Azadlıq meydanında olacaq. Bəzi deputat və məmurlar mitinq iştirakçılarının azaldığını proqnoz edirdilər. İndi isə özləri gəlib baxsınlar”.

Ermənistan Xalq partiyasının sədri Stepan Demirçyan isə bildirib ki, indiki hakimiyyət 3 ildir ki, hakimiyyətdədir. Ancaq onlardan qalan dövlət fəlakət durumuna düşmüş vəziyyətidir. O bildirib ki, ölkə bütün cəbhələr üzrə məğlub olub və Sarkisyan hakimiyyətdən getməlidir: “Belə hakimiyyətlər ölkənin gələcəyi üçün böyük təhlükə yaradır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar