Ermənistan müxalifəti hakimiyyətlə dialoqdan imtina etdi
29 Oktyabr 2011 Şənbə 01:02
EMK: “Biz elə bir itaətsizlik dalğası təşkil etməliyik ki, hakim rejim iflic olsun”.
Ermənistanın müxalif Erməni Milli Konqresi (EMK) bundan sonra hakimiyyətlə danışıqların davam etdirilməsini mənasız hesab edir. Bu bəyanatda İrəvandakı Azadlıq meydanında keçirilən mitinqdə EMK-nın əlaqələndiricisi Levon Zurabyan çızış edib.
Ermənistanın hakim koalisiyası və ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi EMK arasında daxili siyasi vəziyyətin müzakirəsi, eləcə də, mübahisəli məsələlərin həlli məqsədilə bir neçə mərhələdə danışıqlar aparılıb. Lakin sonradan EMK-nın təşəbbüsü ilə dialoq dayandırılıb.
“Bu gündən etibarən biz Serj Sarkisyanın xalq kütlələrinin təzyiqi ilə istefaya məcbur edilməsi prosesinə başlayırıq. Biz elə bir itaətsizlik dalğası təşkil etməliyik ki, hakim rejim iflic olsun”, - Levon Zurabyan deyib.
EMK rəsmisi bildirib ki, Serj Sarkisyanın istefaya məcbur edilməsinin iki yolu var: ya xalqın etiraz aksiyaları, piketlər və mitinqlər vasitəsilə rejimə təzyiq göstərməsi, ya da impiçment.
DOSTLARINLA PAYLAŞ: