Ermənistan müxalifəti hakimiyyətə vaxt verdi
09 Aprel 2011 Şənbə 00:20
Levon ter-Petrosyan: “Hakimiyyət növbəti mitinqə - aprelin 28-nədək müxalifətin tələblərini yerinə yetirməlidir”
Ermənistan müxalifəti Ermənistan müxalifətinə tələblərinin yerinə yetirilməsi üçün vaxt verib. Müxalifət əks təqdirdə daha kəskin və sərt hərəkətlərə keçməklə bağlı xəbərdarlış edib.

Ötən gün İrəvanda keçirilən mitinqlə Erməni Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan bəyan edib ki, hakimiyyət növbəti mitinqə - aprelin 28-nədək müxalifətin tələblərini yerinə yetirməlidir. “Biz hakimiyyətdən siyasi dustaqların azad edilməsini, Azadlıq meydanında mitinqlərin keçirilməsi hüququnun bərpasını, hakimiyyət tərəfindən 2008-ci il martın 1-də törədilmiş qətllərin üstünü açmaqla bağlı qərarlı olması barədə rəsmi vəd verilməsini gözləyirik. Bu baş verməsə, EMK dialoqun qurulması imkanlarını iflasa uğramış hesab edəcək, bununla da öz fəaliyyətinin strategiya və xarakterini dəyişdirmək məcburiyyətində qalacaq. Biz hakimiyyətlə ultimatum dili ilə danışmağa meylli deyilik. Amma xalqın səbrinin də həddi var. Aprelin 29-i ya dialoqun başlanması günü, ya da hakimiyyətlə cəmiyyət arasında birddəfəlik uçurum günü olacaq”, - deyə Ermənistan müxalifətinin lideri bəyan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar