Ermenistan müsteqilliyinden imtina etmeye başlayıb
03 Sentyabr 2013 Çərşənbə Axşamı 21:38
İrevan evvel Gömrük İttifaqına, sonra Avrasiya İqtisadi Birliyine qatılmaq fikrindedir.
Ermənistan Gömrük İttifaqına girmək istəyir və daha sonra Avrasiya İqtisadi Birliyinin yaradılmasına qatılmaq fikrindədir. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya və Ermənistan prezidentlərinin Moskvada keçirilmiş görüşünün yekununda bildirilir.
"Ermənistan prezidenti Serj Sarqsyan Ermənistan Respublikasının Gömrük İttifaqına girmək və bu istiqamətdə lazımi praktiki addımlar atmaq, daha sonra Avrasiya İqtisadi İttifaqının yaradılmasında iştirak etmək istəyi barədə məlumat verib", - deyə Rusiya və Ermənistan prezidentlərinin birgə bəyanatında bildirilir.
DOSTLARINLA PAYLAŞ: